Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-05-2025 , 17:11

742

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü..

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.

Bununla bağlı Vergi Məcəlləsində, "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik olunması təklif edilir.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə olunur. Belə ki, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, bələdiyyələrin vahid informasiya sistemi yaradılır.

Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir. 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edirlər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, vahid informasiya sisteminin yaradılması bələdiyyələrin fəaliyyətində mövcud olan struktur və funksional problemlərin aradan qaldırılmasına mühüm töhfə verəcək:

“Bu sistemin tətbiqi nəticəsində bələdiyyələrin maliyyə gəlirlərinin şəffaf və səmərəli şəkildə tənzimlənməsi təmin ediləcək, həmçinin müxtəlif dövlət qurumları – xüsusilə Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti orqanlarla funksional inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Vahid informasiya sisteminin əsas üstünlüklərindən biri də daşınmaz əmlakın notarial qaydada alqı-satqısı zamanı baş verən məlumat çatışmazlığı və əlaqələndirmə problemlərinin aradan qaldırılmasıdır. Belə ki, sistem Ədliyyə Nazirliyinin informasiya resursları ilə inteqrasiya olunmaqla, alqı-satqı əməliyyatları zamanı əmlakın bələdiyyə orqanları qarşısında olan vergi borcunun avtomatik şəkildə müəyyənləşdirilməsinə şərait yaradacaq. Bu kimi tədbirlər nəticə etibarilə bələdiyyələrin maliyyə və inzibati fəaliyyətində şəffaflığın, hesabatlılığın artmasına, büdcə gəlirlərinin yüksəlməsinə, eləcə də mərkəzi icra hakimiyyəti orqanları və ictimaiyyət qarşısında bələdiyyələrin nüfuz və etibarının möhkəmlənməsinə xidmət edəcək”.

Vüqar Tofiqli: Bələdiyyələrin vahid informasiya sisteminin əsas üstünlüyü...




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
1088

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
383

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
366

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
425